AZ

Yer kürəsində maqnit qasırğası başladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dekabrın 17-də səhər saatlarından Yer kürəsini zəif maqnit qasırğası bürüyüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz "Telegram" kanalında paylaşım edib.
Meteoroloq bildirib ki, maqnit qasırğası Moskva vaxtı ilə saat 8:21-də (Bakı vaxtı ilə 9:21 - red.) başlayıb və G1 sinfinə aid edilib.
Eyni zamanda, əvvəlki paylaşımda mütəxəssis qeyd edib ki, Yerdə maqnit qasırğasının yaranmasına sıx və sürətli Günəş küləyi axını səbəb olur. O, həmçinin, bunun uzun sürməyəcəyinə əminliyini də ifadə edib.
"Maqnit qasırğasının intensivliyi zəif səviyyəni keçməyəcək", - deyə Leus əlavə edib.
Seçilən
22
4
oxu.az

6Mənbələr