AZ

Medvedev Kiyevi yenə hədələdi – Bu dəfə Kirillova görə

“Kiyev rejiminin rəhbərliyi Rusiya silahlı qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin (RCHBZ) rəisi, general-leytenant İqor Kirillovun ölümünə görə bədəl ödəyəcək”, - Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev əmin edib.

“Xalqımızı qorxutmaq, rus ordusunun irəliləyişini dayandırmaq və qorxu səpmək cəhdləri məhvə məhkumdur. Banderanın nasistləri, o cümlədən yoxa çıxan ölkənin ali hərbi-siyasi rəhbərliyi qaçılmaz cəza ilə üzləşəcək”, – Medvedyev Kirillovun ailəsinə və dostlarına başsağlığı teleqramında yazıb. Onun mətni Təhlükəsizlik Şurası sədrinin müavininin katibliyində təqdim olunub.

Qeyd edək ki, son 3 ildə Ukrayna və Rusiya arasında gedən mühatibənin epizodlarında Rusiya tərəfi hər hansə itikiyə və məğlubiyyətə məruz qalanda hamıdan öncə məhz eks-prezident Medvedyev meydana çıxır və Ukrayna tərəfini “tam məhv”lə hədələyir.

Musavat.com

Seçilən
27
22
musavat.com

10Mənbələr