AZ

Ofelya Sənani reanimasiyadadır



"Xalq artisti Ofeliya Sənani ağciyər ödəmi diaqnozu ilə Xətai Tibb Mərkəzinə təxliyə edilib".

"Medicina" xəbər verir ki, 83 yaşlı Xalq artisti 16 dekabr 2024-cü il tarixində, gecə saat 01:30-da, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nəsimi rayonu ərazisindən daxil olan çağırış əsasında ağciyər ödəmi diaqnozu ilə Xətai Tibb Mərkəzinə təxliyə edilib.

"Xəstə kəskin ürək çatışmazlığı, aritmiya və yüksək qan təzyiqi diaqnozları ilə Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müvafiq müalicələr nəticəsində Ofeliya Sənaninin vəziyyəti stabildir.

Xəstənin bir neçə gün reanimasiyada saxlanılması və sonradan palataya köçürülməsi planlaşdırılır", -deyə məlumatda bildirilir.
Seçilən
10
3
medicina.az

10Mənbələr