AZ

DTX cinayətlərin qarşısını planlaşdırma mərhələsində almaqla yüksək peşəkarlıq sərgiləyir - Cəlil Xəlilov

Bakı. Trend:

Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindəntəxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremistqruplaşma ifşa edilib. Məlum olub ki, cinayət qruplaşmasınınüzvləri mütəşəkkil dəstə halında ölkənin müdafiə qabiliyyətinə vəiqtisadi təhlükəsizliyinə ziyan vurmaq məqsədilə AzərbaycanRespublikasının dövlət sərhədində yerləşən gömrük postunu ələkeçirmək, cinayətkar birliyin tələblərini irəli sürmək üçün oradaxidmət aparan əməkdaşları və digər şəxsləri girov götürmək barədətəxribat planı hazırlayıb.

Mövzu ilə bağlı Trend-ə açıqlama verən Müharibə, Əmək və SilahlıQüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil XəlilovDövlət Təhlükəsizliyi Xidmətinin ekstremist qruplaşmanınzərərsizləşdirilməsi istiqamətində atdığı bu addımı yüksəkqiymətləndirib:

“Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təxribat və girovgötürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşmanın ifşasıdövlətçiliyimizin, onun əsaslarının müdafiəsi, vətəndaşlarımızıntəhlükəsizliyinin etibarlı şəkildə təmini baxımından son dərəcəmühm əhəmiyyətə malikdir. Bu əməliyyat hər şeydən öncə DövlətTəhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığından, hədsiz çevikliyindənxəbər verir.

Qruplaşmanın cinayət əməlinin qarşısının planlaşdırmamərhələsində alınması da Dövlət Təhlükəsizliyi Xidmətininpeşəkarlığının göstəricisidir. Qeyd edək ki, bütün dünyada çox azsayda xüsusi xidmət orqanları var ki, onlar planlaşdırılancinayətlərin qarşısını elə planlaşdırma mərhələsində ala, təhlkənielə ilkin mərhələdə ortadan qaldıra bilir. Azərbaycanın DövlətTəhlükəsizliyi Xidməti də bu cür peşəkar xüsusi xidmətorqanlarından biridir.

Mən bu uğuruna görə Dövlət Təhlükəsizliyi Xidmətini təbrik edir,ona bu çətin və şərəfli fəaliyyətində uğurlar arzulayıram. Eynizamanda, bütün vətəndaşlarımızı ayıq-sayıq olmağa, onlarda şübhədoğuran istənilən məsələ ilə bağlı güc orqanlarımızı dərhalməlumatlandırmağa səsləyirəm.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zərərsizləşdirilənekstremist qruplaşma ilə bağlı baş verənlər bir daha göstərdi ki,bu gün də dövlətimizin təhlükəsizliyini, xalqımızın əmin-amanlığınıpozmağa, ölkədə xaos, qarışıqlıq yaratmağa çalışan qüvvələr var.Doğrudur, onların bu cəhdlərinin qarşısı Dövlət TəhlükəsizliyiXidməti və digər güc orqanalrı tərəfindən qətiyyətlə alınır, lakinbu məsələdə hər bir vətəndaşın hüquq-mühafizə orqanlarınainformasiya dəstəyi verməsi, dövlət qurumları ilə sıx əməkdaşlıqhəyata keçirməsi zəruridir. Yalnız bu halda biz bütün təhlükələrdənsığortalana bilərik”.

Seçilən
21
3
az.trend.az

4Mənbələr