AZ

Ərdoğan Aİ İttifaqının sədri fon der Leyeni qəbul edib

Bakı, TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyeni qəbul edib.

TurkicWorld xəbər verir ki, Ərdoğan Türkiyəyə səfər edən Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen ilə Prezident Külliyesində görüşüb.

Qeyd edək ki, Prezident Ərdoğan və Avropa İttifaqı Komissiyasının sədri fon der Leyen arasında dekabrın 10-da Suriyada qızğın hadisələrin yaşandığı bir vaxtda telefon danışığı olmuşdu.

Görüş zamanı Suriyadakı hadisələrin müzakirə olunacağı gözlənilir.

Seçilən
15
turkic.world

1Mənbələr