“Suriya İsrailə qarşı hücumlar üçün tramplin olmayacaq".
Missiya.Az xəbər verir ki, bunu Suriyada hakimiyyətə gələn silahlı birləşmələrin başçısı Əbu Məhəmməd əl-Colani “The Times” qəzetinə müsahibəsində deyib.
"İsrail bunu “Hizbullah” və İran silahlılarının mövcudluğu ilə əlaqələndirdi, lakin bu, artıq aktual deyil", - deyə siyasətçi vurğulayıb.
Colani onu da qeyd edib ki, biz 1974-cü il razılaşmasına sadiqik və BMT-nin (müşahidəçilər) geri dönməsinə hazır deyilik. Biz İsrail və ya başqası ilə münaqişə istəyirik və Suriyanın hücumlar üçün tramplin kimi istifadəsinə icazə verməyəcəyik, suriyalılara sülh lazımdır, hücumlar dayandırılmalıdır və İsrail tutduqları mövqelerdən tez bir zamanda geri çəkilməlidir”.
Daşqın HəsənovMissiya.Az