AZ

BTC ilə tranzit neftin nəqli artıb

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda neft kəmərləri ilə 35 360 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,9% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqletmənin 75,9%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 26 831,1 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,9% azdır.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81,8%-i və ya 21 940,5 min tonunu Azərbaycanda hasil edilən neft, 18,2%-i və ya 4 890,6 min tonunu (2,3% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Xatırladaq ki, ötən il magistral neft kəmərləri ilə 39 753,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,2% çoxdur. Nəqletmənin 75,9%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 30 191,6 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 1,49% çoxdur.

Seçilən
8
6
apa.az

10Mənbələr