AZ

Gülən öldü, parçalanma sürətləndi: FETÖ-çülər barışıq istəyirlər

Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin sağlığında başlayan təşkilat daxilində müzakirələr onun ölümündən sonra artmağa davam edir.

Publika.az xəbər verir ki, uzun müddətdir təşkilatda olan, Avstraliyanın Sidney şəhərindəki Texnologiya Universitetinin professoru İsa Hafalır FETÖ-nün hazırda özünü ləğv etməli olduğunu bildirib.

O, daxildəki çəkişmələrin, fikir ayrılıqlarının ciddi şəkildə artdığını vurğulayıb. Bildirib ki, artıq bir çox FETÖ-çülər özləri etirafçı olmaq istəyirlər.

Türkiyədə qalan və təşkilatın gizli evlərində varlığını davam etdirən bir çox təşkilat üzvlərinin sənədləri də vəkilləri vasitəsilə yenidən açılıb.

Seçilən
16
publika.az

1Mənbələr