AZ

“Trendə” çevirdiyimiz şokolad kompaniyası - müəllimə olan şirinlik hissidir, yoxsa sevgi məzhəkəsi?

Kimisi müəllimlərlə şagirdlərin bir-birlərinə sevgi göstərməsini sevindirici hal hesab edir, kimisi də xaricdən bizə transfer olunan trenddə şagirdin müəllimə şokolad yox, hörmət və bilik hədiyyə etməsini daha vacib sayır.

Mövzu ilə bağlı AzVision.az-a danışan təhsil eksperti Nadir İsrafilov hesab edir ki, hər kəsin öz fikri, mövqeyi, məsələyə yanaşma tərzi var:

“Bu gün özünü misir fironları kimi aparan məktəb direktorları da az deyil” -Ekspert
"Təhsilimizdə gedən son proseslərə nəzər salanda görünür ki, yeni təhsil standartlarının hazırlanması, yeni ixtisaslar təsnifatlaşdırılması, təhsil proqramların hazırlanması ilə bağlı susqunluq var.

Buraya həmçinintəhsilimizin beynəlxalq standartlara uyğunlaşması, bir çox universitetlərimizin hələ də reytiq problemi yaşaması, məktəbəqədər təhsil müəssisələrində yer çatışmazlıqları, elm və ali təhsilimizin beynəlmiləlləşməsi də daxildir.

Orta ümumtəhsil məktəblərində optimallaşdırma və rasionallaşdırma ilə əlaqədar bəzi azkomplektli siniflərin birləşdirilməsi, müəyyən məktəblərin bağlanması, müəllimlərin sertifikasiyası ilə əlaqədar xeyli sayda müəlliminnarahatlığı və narazılığı kimi digər problemlər də öz həllini mütləq tapmalıdır.

Kimin necə başa düşməsindən və yozmasından asılı olmayaraq istənilən halda, müəllimi “şokolad yağışı”na tutub sevindirməkdənsə, adi gül çələngi ilə həvəsləndirmək və qürurlandırmaq daha yaxşı olardı. Çünki, bu gün müəllimin təmənnalı maddiyyatdan mənəvi zəngiliyə daha böyük ehtiyacı var".

Həmidə İbrahimova
AzVision.az
Seçilən
44
azvision.az

1Mənbələr