AZ

İlham Əliyevin konservatv seçimi

Konservativ klub dünyanın dörd guşəsində qələbə çalır. Üzvləri - Donald Tramp, Ərdoğan, Netanyahu, Putin, Viktor Orban qalibdirlər. Haşteqləri eynidir.Ərdoğanla Netanyahu arasındakı kəsişməyən nöqtələrə, mövzulara az tıklanın. Orda kəsişən nöqtələr də az deyil.Keçək indi bu nöqtələrin izahına.Əvvəla, siyasətdə təzə ssenarilər, təzə hadisələr yoxdur. Köhnə ssenarilərin vaxtaşırı təkrarı var. İsrail konservatorları düz 50 il əvvəlki “Məşhər günü müharibəsi”ni (1973, oktyabr) yenidən yaşadılar. İsrailə hücum düz 50 il sonra eyni ssenari, eyni xronologiyada, eyni geosiyasi ərazidə reallaşdırıldı. Arada fərqlər də var - 1973-cü ildə İsrailə rəsmi ərəb dövlətləri müharibə elan etmişdi. 2023-cü ildə bu hücumun yubileyini təkrarlayanlar isə rəsmi statusda deyildilər. Proksi qüvvələrdir - "HƏMAS", "Hizbullah", Yəmən husiləri və s. və ilaxır.İsrail üzərinə informativ hücumu Fransa təmin edirdi. 2023-cü il oktyabrın 7-də Fransa mətbuatının flaqman gəmisi “Le Figaro” jurnalist Jorj Malbrünonun məqaləsini tirajladı. Məqalə Netanyahuya atılmış qara əlcəkdi. Məqaladə deyilirdi: “İsrailin alınmaz qala statusu tarixə qovuşdu”. Düz bir il sonra elə həmin “Le Figaro” qəzetində Netanyahu öz əks zərbəsini vurdu Fransaya. Fransa senatının qapalı iclasında səslənən anti-İsrail söhbətləri geniş müzakirəyə çıxarıldı. Nəticədə “Fransa senatının alınmaz qala statusunu” şübhə altına qoydu.Göstərdi: Mossad, İsrail kəşfiyyatı Fransanın “Frenchelon” dinləmə, antidinləmə sistemini uğurla dəf edib. Həmin iin oktyabr ayının əvvəlində Fransa növbəti anti-İsrail addımını sərgiləməkdən çəkinməmişdi. İsrailin hərbi sənaye şirkətlərinin “Euronaval” sərgisindəki iştirakını yasaqlamışdı. Bu ikinci qara əlcəyi də Netanyahu çox peşəkarcasına neytrallaşdırdı. Sərgidəki ərəb şeyxlərinə mane olmadı. İcazə verdi Fransanın dinləmə, antidinləmə qurğularını alsınlar, çoxsıfırlı məbləğləri Fransa banklarına keçirsinlər. Sonra Fransa senatının gizli danışıqlarını, müzakirələrini şərh etdi “Le Fifaro”dakı müsahibəsində. Nəticədə Fransa hərbi sənaye səhmləri xeyli aşağı düşdü. Netanyahu ərəbləri bir cür, fransızları bir başqa cür məğlub etdi.Netanyahunu Türkiyə Prezidenti Ərdoğanla bağlayan tellər də az deyil. Tellərdən biri Türkiyənin 1998-ci ildə Suriya ilə birgə imzaladığı Adana sazişidir. Bu saziş Türkiyəyə, təhlükə yaranarsa, Suriya ərazisinə girmə haqqı tanıyır. Sirr deyil, Ərdoğan Suriyadakı siyasətini düz 20 il sonra məhz bu Adana sazişi əsasında leqallaşdırmaq, nizamlamaq istəyir. Ərdoğan Suriyada “Barış pinarı, Zeytun dalı” kimi əməliyyatlarını məhz bu sazişin 20 illik ildönümündə reallaşdırıb. Yəni Ərdoğan da öz yubiley tədbirlərini xronoloji nizamda keçirtməyi, təkrarlamağı bacarır. Özü də bunu ABŞ-la qarşılıqlı anlaşma əsasında edir. 2018-ci ilin dekabrında Tramp ABŞ ordusunu Suriya sərhəddindən çıxaran kimi ora "türk mehmetciyi" girmişdi.İndiki anlaşmalar da o məşhur Adana sazişi üzərində qurulub.1998-ci ildə imzalanmış bu sazişi İran liberallarının o vaxtkı XİN rəhbəri Kamal Hərrazi öz imzası ilə şərəfləndirmişdi. İranı müqavilə qarantı etmişdi.Kim deyir ki, 4-5 dekabr tarixində Qətərdə keçirilmiş Türkiyə-Rusiya-İran görüşü Adana sazişinin ssenarisi ilə nəticələnməyib? Bu dəfə liberal Hərrazinin imzasını liberal Abbas Araqçı təzələməyib?1998-ci ildə Adana sazişi imzalanarkən İsrailin Baş naziri kim idi, soruşuram sizdən? Benyamin Netanyahu!Adana sazişinin gizli protokolları da var. İsrailin imzası ordadır. ABŞ Prezidenti Bill Klintonun imazı da.1998-cu il Adana sazişi nəticəsində Öcalan Suriyadan Rusiyaya uçdu. Arxivi isə ötürüldü ABŞ ilə İsrailə. 2024-cü ildə bu ssenari yenidən təkrarlandı. Bu dəfə Əsəd uçdu Moskvaya. Arxivləri isə...Qarantlar yenə də əvvəlkilərdir - ABŞ, İran, Rusiya, Türkiyə, Misir və... Və İsrail.Bu konservativ klub üzvlərinə indi Suriyada, yaxud Azərbaycanla Ermənistan arasında sülh anlaşması imzalamaq, göyə ağ göyərçin uçurmaq lazımdır.İyulda Şuşada keçirilən media forumda Azərbaycan Prezidenti İlham Əliyev ABŞ demokratlarını tənqid edib, Trampı tərifləmişdi.Trampı sibliminal bir mesajla sülhməramlı missiyaya dəvət etmişdi sanki. O vaxt Tramp hələ prezident deyildi. İlham Əliyev o vaxt qorxmadı. Seçimini açıqladı Şuşa zirvəsindən.Məncə, konservativ klubun növbəti anlaşması məhz Azərbaycan-Ermənistan sülh sazişi mövzusunda olmalıdır. Qarlı Şuşa, yaxud Davos mənzərələri bu sazişə əbədiyyət məzmunu verməlidir.Prezident İlham Əliyevin yaxınlarda doğum günüdür. Trampın qələbəsini əvvəlcədən, Şuşa zirvəsindən görən ölkə prezidenti İlham Əliyev öz uzaqgörənliyini gözlərimiz qarşısında onlayn real rejimdə sərgiləməkdən qorxmadı. Azərbaycan-Emənistan sülh sazişinin qarantlarını da o müəyyən edib. Bu, konservativ klub üzvləridir.

Seçilən
5
anspress.com

1Mənbələr