AZ

“Terrorun bölgəmizdə çiçəklənməsinə heç vaxt icazə verməyəcəyik” - Ərdoğan

"Türkiyə suriyalı qardaşlarının yanında olmağa davam edəcək və orada terror təşkilatlarının çiçəklənməsinə icazə verməyəcəyik”.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen ilə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.

Türkiyə lideri bildirib ki, Leyenlə İŞİD həm də PKK ilə mübarizə və onların genişlənməsini müzakirə edib.

“Türkiyə hər iki terror təşkilatını meydanda məğlub edən yeganə ölkə və yeganə NATO müttəfiqidir. Biz bu təşkilatların gələcəkdə çiçəklənməsinə qətiyyən icazə verməyəcəyik. İŞİD və PKK-nın törəmələrinə yer yoxdur” – deyə Ərdoğan vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

phrase_var_article.chosen
28
missiya.az

1phrase_var_article.sources