AZ

"Çido" qasırğası: 34 ölü, 319 yaralı

Cənubi Afrika ölkəsi Mozambiki "Çido" qasırğası vurub.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, 34 nəfər həyatını itirib, 319 nəfər isə yaralanıb.

"Çido" qasırğası səbəbindən Fransanın Hind okeanındakı dəniz kənarında yerləşən Mayot adasında da ölənlərin sayı artıb.

Paytaxt Mamoudzou meri Ambdilwahedou Soumaila verdiyi açıqlamada indiyədək 22 nəfərin həyatını itirdiyini, 1400-dən çox insanın yaralandığını bildirib. 

Mina Mikayılova

Seçilən
22
bakivaxti.az

1Mənbələr