AZ

Hakan Fidan “D-8” iclasında Türkiyəni təmsil edəcək

 

Türkiyənin Xarici işlər naziri Hakan Fidan sabah Misirin paytaxtı Qahirədə keçiriləcək İnkişafda olan Səkkiz Ölkə (D-8) Xarici İşlər Nazirləri Şurasının 21-ci iclasında Türkiyəni təmsil edəcək. Toplantının gündəliyinə Qəzza və digər regional məsələlər, həmçinin D-8-in fəaliyyəti ilə bağlı mövzular daxildir. 

Nazir Fidanın iclasda edəcəyi çıxışında İsrailin Fələstində həyata keçirdiyi soyqırım və regional münaqişələrin dayandırılması haqqında çağırış etməsi gözlənilir. O, Qəzzada təcili atəşkəsin elan olunmasının və fasiləsiz humanitar yardımın vacibliyinə diqqət çəkəcək, İsrail və onun dəstəkçilərinə qarşı beynəlxalq təzyiqin mövcud bütün vasitələrlə və hər səviyyədə artırılaraq davam etdirilməsinin zəruriliyini vurğulayacaq. Xarici işlər naziri Qəzza və Livanın yenidən qurulması üçün beynəlxalq dəstəyin təmin olunmasının vacibliyini də qeyd edəcək. 

“D-8”in son Xarici İşlər Nazirləri iclası 8 iyun tarixində İstanbulda “fövqəladə” qaydada keçirilmişdi. Həmin iclasda Qəzzada dərhal davamlı və şərtsiz atəşkəsin təmin olunması və İsrailin Fələstin xalqına qarşı hücumlarının dayandırılması tələb edilən birgə bəyannamə qəbul olunmuşdu. Bu çərçivədə Türkiyə ilə yanaşı Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya və Pakistan da yer alır. 



Seçilən
8
1
trt.net.tr

2Mənbələr