"Qalatasaray"ın vitse-prezidenti Metin Öztürk yanvarda gözlənilən transferlərdən danışıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, yanvar ayında klubdan gəlib-gedənlərin olacağını deyib.
Vitse-prezident Paulo Dybalanın komandaya cəlbi barədə suala isə belə cavab verib: "Buna əlbəttə. baş məşqçi Okan Buruk və heyəti cavab verə bilər. Əlbəttə, transferlər olacaq. Bəzi təşəbbüslərin olduğunu bilirəm. "Qalatasaray" kimi bir klubda hər kəıs oynamaq istər. Bu, normalıdr. Lakin transferlə mən məşğul olmadığım üçün dəqiq məlumat verə bilmirəm".
Fərid ASLAN
MİA.AZ