AZ

Qlobal bazarlarda FED optimizmi

Fins.az - Qlobal bazarlar FED, İngiltərə Bankı (BOE) və Yaponiya Bankının (BOJ) faiz qərarlarını gözlədiyi halda, ABŞ səhmləri bazar ertəsi günü ümumən yüksəlişlə yekunlaşdırıb.

"S&P500" 0.4% bahalaşıb. "Nasdaq100" 1.5% dəyər qazanaraq yeni rekorda imza atıb. "Broadcom Inc." və "Tesla Inc." də bahalaşan səhmlər arasında idi.

ABŞ fond bazarlarında nikbinlik əsasən çərşənbə günü FED-in faiz dərəcələrini 25 baza bəndi azaldacağı gözləntisinə əsaslanırdı. ABŞ-ın 10 illik xəzinədarlıq istiqrazlarının gəlirlilik faizi 4.40%-lik göstərici ilə çox az dəyişdi. 

Asiya fond bazarları ümumiyyətlə dəyişkəndir. Avstraliya səhmləri bahalaşarkən, region üçün əsas fond göstəricisi olan "MSCI Asia Pacific Index" dar diapazonda ticarət olunurdu.

Pekinin 2025-ci ildə ümumi daxili məhsul artımını təxminən 5% səviyyəsində hədəfləməyi planlaşdırdığını bildirdikdən sonra Honq Konq səhmləri ucuzlaşarkən Çin səhmləri yüksəldi.

Seçilən
21
fins.az

1Mənbələr