AZ

Milanda ictimai yerlərdə siqaret çəkmək qadağan edilir

Roma, 17 dekabr, AZƏRTAC

2025-ci il yanvarın 1-dən etibarən Milan şəhərində ictimai yerlərdə siqaret çəkmək qadağan olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Milan Bələdiyyəsi qərar qəbul edib. Qərar 2050-ci ilədək karbon qazı emissiyalarını yarıya endirmək üçün hazırlanan proqram çərçivəsində şəhərdə havanın çirklənməsinin qarşısını almaq məqsədilə qəbul olunub. Yeni qaydaya əsasən, siqaret və tütün məmulatlarının istehlakına digər insanlarla arasında ən azı 10 metr məsafə olması şərti ilə yalnız müəyyən ayrılmış yerlərdə icazə veriləcək. Qaydaya əməl etməyənləri 40 avrodan 240 avroyadək cərimə gözləyir.

Mütəxəssislərin fikrincə, siqaret istehlakı Milanda havanın çirklənməsində 7 faiz rol oynayır.

Xatırladaq ki, İtaliyanın ikinci böyük şəhəri, eyni zamanda, ölkənin sənaye və maliyyə mərkəzi olan Milanda 2021-ci ildən parklar, stadionlar, avtobus dayanacaqları və qəbiristanlıqlarda siqaret çəkmək qadağan edilmişdi.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
24
22
azertag.az

10Mənbələr