AZ

Suriyanın Baş naziri: "Ölkənin iqtisadi vəziyyəti acınacaqlıdır"

Bu sözləri Suriyanın müvəqqəti Baş naziri Məhəmməd Əl-Bəşir "Al Jazeera" telekanalına açıqlamasında dilə gətirib. O xüsusilə diqqətə çatdırıb ki, "dollar ehtiyatı xüsusilə tükənib".

"Çünki Bəşər Əsəd hökuməti müharibə ərzində öz səylərini maliyyələşdirmək üçün həddən artıq pul xərcləyib", - o deyib.

Digər tərəfdən, Baş nazirin iddiasına zidd olaraq, Suriyanın sabiq və hazırkı hökumət nümayəndələrinin "Reuters"ə açıqlamasına görə, ölkənin Mərkəzi Bankının valyuta ehtiyatları təqribən 200 milyon dollara bərabərdir.
İran XİN:"Suriyadakı səfirliyimizin fəaliyyətinə yenidən baxılacaq"

Xatırladaq ki, dekabrın 8-də 24 illik Bəşər Əsəd hökumətinin müxalif qüvvələr tərəfindən devrlməsi fonunda ölkədə müvəqqəti keçid hökuməti qurulub.

Firudin Həmidli
AzVision.az
Seçilən
16
1
azvision.az

2Mənbələr