AZ

Suriyalı ermənilər İrəvana axışırlar: Daha bir qrup gəldi

Son günlər Suriyada vəziyyət sakitləşsə də, ermənilər arasında hələ də çoxları Ermənistana köçmək istəyir.

Publika.az xəbər verir ki, Suriyanın Homs şəhərindən Ermənistana qayıdan Seda Sefetyan dekabrın 17-də Zvartnots beynəlxalq hava limanında NEWS.am -ın müxbiri ilə söhbətində belə deyib.

Sefetyanın sözlərinə görə, Suriyada hakimiyyətə gələn yeni qüvvələr hər şeyin əvvəlki kimi olacağına söz veriblər.

“Lakin biz hələ də prosesin gələcək inkişafını gözləyirik", - Sefetyan əlavə edib.

Qeyd edək ki, dekabrın 17-də Suriya ermənilərinin ikinci qrupu Beyrut-İrəvan reysi ilə Ermənistana qayıdıb.

Seçilən
4
2
publika.az

3Mənbələr