Tovuz rayonu Uşaq Gənclər İdman Şahmat Məktəbində Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə gənc oğlan və qızlar arasında 64 xanalı dama üzrə rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə gənclər və İdman sektorunun müdiri Vasif Abdullayev çıxış edərək belə turnirlərin mütəmadi olaraq keçirildiyini və məqsədin rayonda idmanın kütləviliyinə nail olmaq, dama idman növünə gənclərin marağının artırılmasından, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsindən ibarət olduğunu qeyd edib.Yarışın qaydaları iştirakçılara izah olunduqdan sonra yarışa start verilib.Gərgin idman mübarizəsi şəraitində keçən yarışda oğlanlar arasında I yerə Seymur Hüseynov, ll yerə Adil Hacıyev,lll yerə Elcan Məmmədov, qızlar arasında isə l yerə Aycan Kazımova, ll yerə Aylin Qasımova, lll yerəAliyə Rəhimli layiq görülüb.
Qaliblər Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar. Yarışda 24 nəfər iştirak edib.