AZ

Repetitorluqla məşğul olanların vergidən yayınma halları AZALIB

Bu gün repetitor hazırlıqlarına müraciət edənlərin sayı artmaqdadır. Lakin bəzi repetitor müəllimləri illərlə bu fəaliyyətlə məşğul olmalarına baxmayaraq, dövlətə vergidən yayınırlar.


Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov bildirib ki, vergi öhdəliklərini yerinə yetirməyən şəxslərlə hüquq-mühafizə orqanları və müvafiq strukturlar məşğul olmalıdır.


“Hazırda repetitorluğa maraq getdikcə artır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, xidmət göstərən hər bir şəxs dövlətə vergi ödəməlidir. 


Vergi öhdəliklərini yerinə yetirməyən şəxslərlə hüquq-mühafizə orqanları və müvafiq strukturlar məşğul olmalıdır. Lakin əldə edilən məlumatlara əsasən, hazırda repetitorluq fəaliyyəti ilə məşğul olan şəxslərin əksəriyyəti qeydiyyatdan keçərək rəsmi şəkildə fəaliyyət göstərir. Bununla yanaşı, digər sahələrdə çalışan şəxslər də vətəndaş məsuliyyəti hiss edərək qeydiyyatdan keçməli və qanunla nəzərdə tutulan vergiləri ödəməlidirlər”.

Seçilən
20
1
azedu.az

2Mənbələr