Suriyada dövlət qurumlarının əksər əməkdaşları işlərinə qayıdıblar.
Azpost.info xəbər verir ki, bu barədə ölkənin keçid kabinetinin rəhbəri Məhəmməd əl-Bəşir məlumat verib.
“Biz bütün idarə və müəssisələrin işçilərini öz işlərinə qayıtmaları üçün xəbərdar etmişik.Əməkdaşların çoxu öz müəssisələrinə qayıdıb, Suriya hökumətinin əksər məmurları da iş başındadırlar”, – əl-Bəşir bildirib.
Daha əvvəl ölkənin şimal-qərbində müxalifət tərəfindən yaradılmış Qurtuluş Hökuməti Dəməşq də daxil olmaqla, Suriyanın yeni hakimiyyət orqanlarının nəzarətində olan ərazilərdə işləri idarə edir.
Azpost.info