Bakı. Trend:
Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləriüzrə Müşavirəyə (AQEM) sıdrliyi çərçivəsində “Daha güclü AQEM,Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf” mövzusunaəsaslanmaqla, 3 fundamental istiqaməti prioritetləşdirəcək.
Trend xəbərverir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun BayramovAQEM-in Nazirlər Şurasının onlayn formatda keçirilən 7-ci iclasındaçıxışı zamanı deyib.
"Bizim Sədrliyimiz “Daha güclü AQEM, Asiyada bağlantılar,rəqəmsallaşma və dayanıqlı inkişaf” mövzusuna əsaslanmaqla, 3fundamental istiqaməti prioritetləşdirəcəkdir: 1) AQEM-intransformasiyası və institusional inkişafı, 2) etimad-quruculuğutədbirlərinin icrası vasitəsilə sahəvi əməkdaşlıq, 3) AQEM ilədigər beynəlxalq və regional təşkilatlar arasında qarşılıqlıəlaqənin təşviqi", - deyə, nazir bildirib.
Qeyd edək ki, bu gün Asiyada Qarşılıqlı Fəaliyyət və EtimadTədbirləri üzrə Müşavirəyə sədrlik Qazaxıstandan Azərbaycanakeçib.