İqtisadiyyat Nazirliyi 2,2 milyon manata 42 ədəd “Hyundai Sonata” markalı (hibrid) avtomobili alır.

İndex.az bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Məlumata görə, nazirliyin “Tikinti Təchizat Birliyi” MMC 42 ədəd “Hyundai Sonata” markalı (hibrid) nəqliyyat vasitəsi”nin alınması ilə bağlı tender elan edib.

Tenderin qalibi isə “Auto Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Belə ki, 42 dənə hibrid “Hyundai Sonata” avtomobilin alınması üçün nazirlik bu şirkətə 2 milyon 184 min manat ödəyəcək.