AZ

Qara dənizdə daha bir tanker fəlakət siqnalı verib

Qara dənizdə "Qafqaz" limanı yaxınlığında mazut daşıyan üçüncü tanker fəlakət siqnalı verib...

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri regionun fövqəladə xidmətlərinə istinadən məlumat yayıb.

"Mazut daşıyan "Volqoneft-109" tankeri göyərtəsində çatın əmələ gəlməsi səbəbindən Qara dənizdəki "Qafqaz" limanı ərazisində fəlakət siqnalı verib", - məlumatda qeyd olunur.

Bildirilir ki, fəlakət siqnalı verən gəminin korpusunun hermetikliyi pozulmayıb, dənizə sızıntı olmayıb. Heyət təhlükədə deyil.

Xatırladaq ki, dekabrın 15-də Kerç boğazında Rusiyaya məxsus iki tanker - "Volqoneft 212" və "Volqoneft 239" qəzaya uğrayıb. Fırtına zamanı zədələnən "Volqoneft 212" gəmisi saya oturub, "Volqoneft 239" isə dreyf edib. Hər iki tankerin göyərtəsində ümumilikdə 27 nəfər olub, onlardan 26-sı xilas edilib, bir nəfər isə ölüb.

Poliqon.info

Seçilən
9
5
poliqon.info

6Mənbələr