AZ

Azərbaycan AQEM-ə sədrliyi çərçivəsində prioritetlərini AÇIQLADI

Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sıdrliyi çərçivəsində "Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf" mövzusuna əsaslanmaqla, 3 fundamental istiqaməti prioritetləşdirəcək.

Olaylar xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün AQEM-in Nazirlər Şurasının onlayn formatda keçirilən 7-ci iclasında çıxışı zamanı deyib.

"Bizim Sədrliyimiz "Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf" mövzusuna əsaslanmaqla, 3 fundamental istiqaməti prioritetləşdirəcəkdir: 1) AQEM-in transformasiyası və institusional inkişafı, 2) etimad-quruculuğu tədbirlərinin icrası vasitəsilə sahəvi əməkdaşlıq, 3) AQEM ilə digər beynəlxalq və regional təşkilatlar arasında qarşılıqlı əlaqənin təşviqi", - deyə, nazir bildirib.

Qeyd edək ki, bu gün Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik Qazaxıstandan Azərbaycana keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
2
olaylar.az

3Mənbələr