“Neftçi” PFK-nın A komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.
Rekord.az xəbər verir ki, “Neftçi” Futbol Mərkəzində təşkil olunan tədbir AFFA-nın Hakimlər Komitəsinin mütəxəssisi Orxan Məmmədovun iştirakı ilə baş tutub.
Seminarda komandamızın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib, maarifləndirici videolar təqdim olunub.