Bakı. Trend:
2025-ci ildə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləriüzrə Müşavirənin (AQEM) 5 ölçüsü üzrə sədrliyin 20-dən çox tədbiriplanlaşdırılır.
Trend xəbər verir ki, bu barədə Azərbaycanxarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət vəEtimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Nazirlər Şurasının 7-ciiclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, sədrlik üzv dövlətlər, etimad quruculuğu üzrəəlaqələndiricilər və həm-əlaqələndiricilərlə Biznes və Gənclər üzrəŞuralar, Beyin Mərkəzləri Forumu və Aparıcı UniversitetlərinTərəfdaşlıq Səbəkəsi kimi müvafiq AQEM orqanları arasındaqarşılıqlı əlaqənin inkişafı istiqamətində səy göstərəcək.
"Bu yanaşma etimad quruculuğu tədbirlərinin səmərəliliyiningücləndirilməsinə və AQEM-daxili birliyin təşviqinə yönəlmişdir.Sədrlik iqtisadi ölçü üzrə nəqliyyat bağlantıları, kiçik və ortasahibkarlığın təşviqi, qadın sahibkarlarlığı və yaşıl iqtisadiyyatmövzularını prioritetləşdirəcək.
Biz nəqliyyat dəhlizlərinin genişləndirilməsi və Asiyada dahatəhlükəsiz, dayanıqlı və səmərəli infrastrukturun təşviqi üçünçalışacağıq. Kiçik və orta sahibkarların sərmayelərə, bazarlaraçıxışı və onların elektron kommersiya kimi innovativ metodlarlabeynəlxalq ticarətdə iştirakı, həmçinin kənd təsərrüfatındainnovativ yanaşmalar da AQEM Biznes Şurasının vasitəsilə daxilolmaqla, Sədrliyin bu çərçivədə diqqət yetirəcəyi sahələr arasındaolacaqdır - deyə C.Bayramov vurğulayıb.