AZ

BMT nümayəndəsi Dəməşqdə yeni hökumətin nümayəndələri ilə görüşdü

BMT Baş katibinin ofisindən verilən məlumata görə, BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Tom Fletçer Suriyanın yeni hakimiyyət orqanları ilə humanitar yardımın genişləndirilməsi məsələlərini müzakirə edib.

KONKRET.az xəbər verir ki, dekabrın 16-da Fletçer Dəməşqdə hakimiyyətə gələn silahlı qrupların lideri, Əbu Məhəmməd əl-Culani kimi tanınan Əhməd əl-Şaraa və Suriya Keçid Nazirlər Kabinetinin rəhbəri Məhəmməd əl-Bəşirlə görüşüb. Suriyada baş verən son hadisələr fonunda humanitar yardım səylərinin artırılması məsələləri müzakirə edilib.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
34
konkret.az

1Mənbələr