AZ

İranlı deputatdan şok tələb: "30 milyard dollarımızı geri qaytarın"

"Suriyada cəmi 12 günün içində Əsəd rejiminin süqutu İran mühafizəkarları arasında şok effekti yaradıb, özlərinə gələ bilmirlər". 

News24.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, mühafizəkarlar illər boyu milyardlarla dolları İran vətəndaşlarının boğazlarından kəsib, Əsəd rejiminin ayaqda durması üçün xərclədilər. 

"Əsəd rejiminin süqutu ilə bu pulların havaya sovrulduğu anlaşıldı. İndi də mühafizəkarlara bağlı iranlı deputat deyir ki, Suriyanın yeni rejimi “30 milyard dollarımızı geri qaytarsın”.  İran bu pulları Əsəd rejiminə ona görə verirdi ki, o “Heyət Təhrir əş-Şam” (H*TŞ) kimi silahlı qruplarla mübarizə apara bilsin. H*TŞ ona qarşı istifadə edilən milyardları hansı məntiqlə İrana geri qaytarmalıdır? Bəlkə də həmin pulun bir hissəsini Əsəd təyyarədə Moskvaya daşıyıb", - deyə o əlavə edib. 

E.Şahinoğlu vurğulayıb ki, Tehran pulunu Moskvada gizlənən Əsəddən istəməlidir: 

"Ancaq həm Əsəd, həm də onun pulları artıq Kremlin girovluğundadır. İran vətəndaşları isə həmin deputatdan və onun kimi düşünənlərdən soruşa bilərlər ki, “bizə aid olan 30 milyardı niyə süquta uğrayan rejimə xərclədiniz?” İranda Əsəd rejiminin süqutuna sevinənlər də az olmaz". 

Aynurə

Seçilən
3
news24.az

1Mənbələr