Məşhur müğənni Ferdi Tayfurun səhhəti ağırlaşıb.
Milli.Az xəbər verir ki, sənətçi təcili olaraq Muğlanın Menteşe bölgəsindən tibbi helikopterlə Antalyaya aparılıb. O burada reanimasiyaya yerləşdirilib.
İfaçının soyuqdəymə səbəbindən vəziyyətinin pisləşdiyi qeyd edilib.
79 yaşlı Ferdi orada Özel Yücelen xəstəxanasında müalicə olunurdu.
Xatırladaq ki, sənətçinin 2020-ci ildə oğlundan alınan böyrəyi ona köçürülüb. O uzun müddət idi ki səhhətində problem yaşamırdı. /baku.ws
Milli.Az