AZ

"Roma Papasının Korsikaya səfəri ilk belə bir səfərdir"- Aytən Qurbanova

"Makronun münasibəti Avropa məkanında, kilsə daxilində birmənalı deyil. "

Politoloq Aytən Qurbanova bunu News365.az-a deyib.

"Mən düşünürəm ki, olimpiya oyunları çərçivəsində olan hadisələr bunun üçün bəhanə və ya təşviqedici bir amil olub. Makronla görüşdən imtina, Fransaya səfərdən imtina ümumiyyətlə ona münasibətin neqativ formalaşması, onun özünün nüfuzunun kifayət qədər aşağı düşməsi, qeyri-ciddi lider olaraq qəbul olunmasının nəticəsidir.

Roma Papasının Korsikaya səfəri Roma Papaları arasında ilk belə bir səfərdir. 7 mindən artıq idindarın qarşısında çıxış etdi, bir çox istiqamətdə öz töhfələrini  verdi. Bakı təşəbbüs qrupu da bununla bağlı müraciət ünvanlamışdı. Roma Papasının müstəqillik, suverenlik insan hüquqları ilə bağlı məsələlərdə kifayət qədər həssas yanaşdığını və bu istoqamətdə töhfə verə biləcəyini nəzərə alaraq qrupun yaradılma səbəbini və missiyasini məhz bu olduğunu nəzərə alsaq ki, 2023-cü ildə müstəmləkəçilik əleyhinə mübarizə aparılması və bu istiqamətdə bir platforma formalaşdırılması məqsədilə təsis olunmuşdu.

Müraciət ünvanladıq. Müraciətin konkret nəticəsinin olması onsuz gözlənilən deyil, amma ən azından hansısa bir formada korsikalıların hüquqlarının ifadə olunması  Roma Papasında da bu istiqamətdə bir mövqeyin formalaşdırılması təşviq edici amil ola bilər

Seçilən
12
news365.az

1Mənbələr