AZ

Yeni baş nazir və ya MAKRONUN “TARİXİ MÜTTƏFİQİ” -TƏHLİL

Məlum olduğu kimi, Demokratik Hərəkat Partiyasının lideri Fransua Bayru Fransanın yeni baş naziri təyin edilib və bu barədə dekabrın 13-də Yelisey sarayında məlumat verilib. Bu qərarı Fransa lideri Emmanuel Makronun məhz partiya nümayəndələri ilə bir həftəlik məsləhətləşmələrdən sonra verdiyi də çox “önəmli informasiya” olaraq yayılmaqdadır. Hətta bu seçimin siyasi müstəvidə çox vacib olduğunu “Le Parisien” məxsusi şəkildə qeyd edib və belə çıxır ki, Fransa prezidenti Makron “öz adamını” hakimiyyətə gətirmək üçün çalışıb və hansısa mənada “öz istəyinə” nail olub. Bir çox politoloqlar və ekspertlər yeni baş naziri hətta Makronun tarixi müttəfiqi belə hesab edirlər və bəzi faktar onların fikirlərini təsdiqləyir.

Fransa prezidenti üçün “neytral variant” doğru seçim hesab olunub

Bir çoxları Fransanın yeni baş nazirini “neytral variant” da adlandırırlar. Maraqlıdır, niyə belə adlandırılır və buna səbəb nədir? Məsələ burasındadır ki, Fransanın yeni baş nazirinin “karyerasının” necə inkişaf etdiyi və həmin siyasətçinin mövqeyi onun “neytral” olduğunu təsdiqləyir. Bununla bağlı, yəni, onun “neytrallığı” ilə bağlı kifayət qədər faktlar var.

Bəli, Makron yeni baş nazirlə bağlı qərar verib. Demək olar ki, bu qərarı elə özü düşünüb və qərarını da doğru hesab edib. Çünki bu qərar ona sərf edir. Məhz elə sərf etdiyi üçün də dekabrın 13-də Fransa prezidenti Emmanuel Makron ölkənin yeni baş nazirini təyin edib və 73 yaşlı mərkəzçi, Demokratik Hərəkat Partiyasının lideri Fransua Bayru Fransa prezidentinin istəyinə uyğun olaraq, baş nazir olub. “Respublika Prezidenti Emmanuel Makron cənab Fransua Bayrunu baş nazir təyin edib və ona hökuməti qurmağı tapşırıb”, - deyə mediada məlumatlar yer alır. Amma bu məlumatlar içərisində daha “maraqlı” olanları da var və onlar məsələnin nə yerdə olduğundan xəbər verir.

Məlumatlara görə, Bayru dekabrın 13-də səhər saatlarında Makronla 1 saat 45 dəqiqə davam edən “məsləhətləşmələr” üçün Yelisey Sarayında olub. Qeyd olunur ki, ancaq son ana qədər təyinatla bağlı onun heç bir əminliyi belə olmayıb. Məsələ burasındadır ki, “yeni baş nazirin seçilməsi” Makronun guya bir həftədən çox vaxtını alıb. Bəzi məlumatlara görə, Fransa prezidenti son üç ay ərzində əvvəlki baş nazirin namizədliyini dəfələrlə nəzərdən keçirib. Fransanın “Le Parisien” nəşrinin məlumatına əsasən, Fransua Bayru müdafiə naziri Sebastyan Lekornu ilə birlikdə baş nazir postuna əsas namizəd hesab olunub. Amma yekunda nədənsə məhz onun seçimi “neytral variant” olub. Məhz elə həmin variant doğru hesab olunduğuna görə də Bayru altıncı baş nazir seçilib. Bəli, baş nazir Mişel Barnierdən səlahiyyətlərinin Nazirlər Kabinetinin yeni rəhbərinə ötürülməsi mərasiminin Matinyon sarayında keçiriləcəyi də artıq çoxdan qərarlaşdırılıb.

Fransua Bayru haqqında məlumatı olanlar onu Makronun “tarixi müttəfiqi” adlandırırlar

Fransua Bayru haqqında nələr məlumdur? Kim olub Bayru və fəaliyyəti, mövqeyi haqqında bilinən nədir? “Le Parisien” jurnalistləri qeyd ediblər ki, Fransua Bayru “dövlət başçısının tarixi müttəfiqi” adlandırılmalıdır. Onlar bunu əsaslandırmaqdan da çəkinməyiblər. Sözügedən nəşrin jurnalistləri qeyd ediblər ki, Makronun həm birinci, həm də ikinci prezidentlik dövründə ransua Bayru onu fəal şəkildə dəstəkləyib. Hətta bildirilir ki, Bayru öz “sadiq adamı” kimi Fransa prezidentinin “xidmətində” olub.

İstər jurnalistlərin qeyd etdikləri, istərsə də tarixi faktlar təsdiq edir ki, 2017-ci il seçki “yarışının” son həftələrində Bayru “geri çəkilib”, Makrona öz “sadiqliyini” göstərib. Onun belə “sədaqəti” Emmanuel Makrona da qalib gəlməyə imkan verib, hansıki, bu barədə tam açıq şəkildə fransız nəşri də qeyd edir. Yəni, həmin məlumat heç də əsassız sayıla bilməz. Bunu heç Makron özü də hər halda təkzib etməz. Axı bu qədər “sədaqətin” qarşılığında Fransa prezidenti başqa nə edə bilər? Sözsüz ki, nə etdiyi göz önündədir. Bayrunun “sadiqliyi” və “neytrallığı” Fransa prezidenti tərəfindən “qiymətləndirilib”, onu, yəni, öz “tarixi müttəfiqini” seçməyi doğru addım hesab edib. Belə çıxır ki, Fransua Bayru haqqında məlumatı olanların onu məhz Makronun “tarixi müttəfiqi” adlandırmaları tamamilə məntiqidir.

Ölkəsinin “ən təcrübəli” siyasətçilərindən sayılan Bayru haqqında bilinənlər

Doğrudur, Bayru ölkənin “ən təcrübəli” siyasətçilərindən biri hesab olunur. Onunla bağlı məlumatlar təsdiq edir ki, Fransua Bayru əmək fəaliyyətinə məmur kimi başlayıb və sonra Avropa Parlamentində də çalışıb. Digər məlumatlarda qeyd olunur ki, 1993-1997-ci illərdə Bayru Fransanın Təhsil və Elm Naziri, 2017-ci ildə isə Ədliyyə Naziri olub. Hətta rəsmi məlumatlara görə, o, sonra ikinci hökumətdə iştirakdan imtina edib. Amma niyə və nə səbəbə imtina etdiyi guya ki, müəmmalı hesab olunur. Əslində isə, məsələnin kökündə nələrin dayandığı bəllidir və elə Makron da indi bunu nəzərə alıb.

Fransua Bayru heç də fransalılar üçün sıradan bir adam hesab edilmir. Çünki onun “karyerası” olduqca, özü də kifayət qədər “zəngin” sayılır. Beləki, fransızlar da yaxşı bilirlər ki, o, yəni Fransua Bayru 2002, 2007 və 2012-ci illərdə nə az nə çox, düz üç dəfə prezident seçkilərində iştirak edib. Hətta onun məhz sonuncu dəfədə də beşinci yeri tutduğu fransızlara yaxşı məlumdur. O da məlumdur ki, Bayru uzun onilliklər ərzində mərkəzçi Demokratik Hərəkat Partiyasının sədri olub. Bundan əlavə, Bayrunun tarixi mövzularda kitablar yazdığı da sirr deyil. O, Fransa kralı IV Henrixin tərcümeyi-halının müəllifidir. Bir sözlə, Fransa prezidentinin “seçimi” elə fransızların özlərinə belə çoxdan tanışdır və indi barəsində bilinənlər və deyilənlər, yəni, onun “tarixi müttəriq”, “neytral variant” sayılması heç də təsadüfi hesab oluna bilməz.

İdarə olunan siyasətçi olduğu üçün və mövqeyini çox tez-tez ifadə etmədiyinə görə Fransua Bayru “neytral” hesab olunur

Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin Avropaşünaslıq kafedrasının dosenti Dmitri Levi özü də Fransua Bayrunu “neytral variant” adlandırıb. Onun fikrincə, Bayru Emmanuel Makronun işinə qarışan deyil və elə məhz buna görə Makron məhz öz seçiminin doğru olduğu qənaətindədir. “Bayru idarə olunan siyasətçidir”, deyən dosent öz fikrini bu şəkildə əsaslandırıb. Onun sözlərinə görə, Fransua Bayru mövqeyini çox tez-tez ifadə etmir. Yəni, Sankt-Peterburq Dövlət Universitetinin dosenti açıq şəkildə bildirib ki, Bayru “neytral” adamdır. O, həmçinin Makronun yeni seçdiyi baş nazirin bundan sonrakı fəaliyyətinin müəmmalı olacağını da qeyd edib. “Fransua Bayrunun hazırki real hakimiyyətlə özünü necə aparacağı hələ ki, cavabı olmayan sualdır”, deyə Dmitri Levi vurğulayıb.

Levi onu da qeyd edib ki, bu gün Fransa dərin siyasi böhran içindədir və çox şey prezident Makronun həm ölkə sakinləri, həm də hökumət rəsmiləri ilə nə dərəcədə dialoq qura biləcəyindən asılı olacaq. “Çox güman ki, sarsıntılar, bəlkə də ən tez zamanda dəyişikliklər, Fransa hökumətinin yenilənməsi və sözsüz, ölkə prezidenti ilə hakimiyyətin digər qolları arasında münaqişəni də yaxın zamanda müşahidə edə bilərik”, deyə ekspert açıq şəkildə bildirib. Bir sözlə, hələ həmin “neytral” adlandırılan siyasətçinin taleyinin necə olacağı özü də sual altındadır və hər halda, bunu ölkə daxilində olan məsələlərdən də görmək çətin deyil.

“Tarixi müttəfiq” saydığı birini seçim etməkdə Makron ölkəsini yox, yalnız özünü düşünüb

Bilsiyimiz kimi, 5 dekabr 2024-cü ildə Mişel Barnier hökuməti parlamentin etimadsızlıq səsverməsindən sonra istefaya göndərildi və onun istefasından sonra Fransa lideri Emmanuel Makron “çox yaxın gələcəkdə” yeni baş nazir təyin edəcəyinə də söz verdi. Üstəlik, prezident yeni kabinetin sabit və “2027-ci ildə prezidentlik müddətinin sonuna qədər davam edə biləcək” olmasını da təkid etdi. Hətta bundan sonra Fransa prezidenti radikal solçu “İtaətsiz Fransa” və Marin Le Penin “Milli Mitinq” partiyası istisna olmaqla, bütün partiyaların nümayəndələri ilə bir sıra dırnaqarası “məsləhətləşmələr” də apardı.

Doğrudur, Fransua Bayrunun hələ formalaşmamış Nazirlər Kabinetinin nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir. Marin Le Pen, “İtaətsiz Fransa” partiyasının lideri Jean-Luc Mélençon da onun seçilməsinə qəti şəkildə qarşıdır. “İtaətsiz Fransa” fraksiyasının lideri Matilde Panot özü də bildirib ki, yeni baş nazir Fransua Bayru solçuların nümayəndəsi olmadığı üçün partiya ona etimadsızlıq səsverməsi keçirmək istəyir. Belə çıxır ki, bu xəmir hələ çox su aparacaq və hələ bundan sonra gözlənilməz hadisələr də baş verə bilər.

Siyasətçilər özləri də belə hesab edirlər ki, Fransa seçim qarşısındadır. “Ölkənin, məhz Fransua Bayrunun uğursuz siyasətini davam etdirmək və partlayış olmaqla, iki açıq seçimi var. Deputatların özləri də belə hesab edirlər ki, ortada iki variant var və seçim mütləq olmalıdır. Hansıki bu seçim Makron üçün yox, Fransa üçün çox vacib sayılır. Deputatlar belə hesab edirlər ki, ya Makron dəstəklənməlidir, ya da ölkə “xilas” olmalıdır. Bir sözlə, fransızlar özləri də bilirlər və başa düşürlər ki, Makron baş nazir kimi öz müttəfiqini, onu dəstəkləyən, müdafiə edən, yeri gələndə “neytral” olmağı bacaran, idarə olunan, lazım olanda tez-tez öz mövqeyini ifadə etməyən birini, yəni, “tarixi müttəfiq” saydığı birini seçim etməkdə yalnız özünü düşünüb, ölkəsini yox.

Müəllif: İnam Hacıyev
Seçilən
17
sia.az

1Mənbələr