AZ

“Divani-lüğəti-Türk” UNESCO-nun yubiley siyahısına daxil edildi

 

Kaşqarlı Mahmudun "Divani-lüğəti-Türk" əsərinin 950 illik yubileyi Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) 2024-2025-ci illər üçün yubiley siyahısına daxil edildi.

Türk Mədəniyyəti və İrs Fondu tərəfindən verilən açıqlamada Kaşqarlı Mahmud tərəfindən XI əsrin ikinci yarısında ərəblərə Türk dilini öyrətmək məqsədilə qələmə alınmış ensiklopedik lüğət xarakterli "Divani-lüğəti-Türk" əsərinin 950 illik yubileyinin UNESCO-nun 2024-2025-ci illər üçün yubiley siyahısına daxil edildiyi bildirildi.

Açıqlamada həmin qərarın Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın birgə təklifi, Macarıstan, Mavritaniya, Mərakeş, Qətər və Tacikistanın dəstəyi ilə qəbul edildiyi qeyd olundu.

Türk Mədəniyyəti və İrs Fondunun sədri Aktotı Raimkulova bu barədə bildirdi: "Divani-lüğəti-Türk sadəcə bir lüğət deyil türk dillərinin zənginliyinin, türk ənənələrinin müdrikliyi ilə türk mədəniyyətinin canlılığının xülasəsidir. Bu əsərin 950 illik yubileyinin qeyd edilməsi yalnız bir xatırlama tədbiri deyil həm də sürətli qloballaşma dövründə qeyri-maddi türk irsini qoruma səylərinin intensivləşdirilməsinə çağırışdır."



Seçilən
17
1
trt.net.tr

2Mənbələr