AZ

Ərdoğan: "Aİ-yə üzvlük Türkiyənin strateji hədəfi olaraq qalır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Avropa İttifaqına (Aİ) qoşulmağımız həm birlik, həm də ölkəmiz üçün mühüm töhfə olacaq".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
"Avropa İttifaqına üzv olmaq Türkiyə üçün strateji hədəf olaraq qalır. Aydındır ki, Aİ-yə qoşulmağımız həm birlik, həm də ölkəmiz üçün mühüm töhfə olacaq. Son hadisələr Türkiyənin dövlət kimi mövqeyini daha da gücləndirdi. Hazırkı danışıqlarımızın əsas gündəliyi Türkiyə ilə Aİ arasında münasibətləri canlandırmaq üçün atıla biləcək ümumi addımlardır. Biz Aİ-nin Türkiyənin üzvlük perspektivlərini gücləndirəcək yeni bir baxış təqdim etməsini gözləyirik", - deyə Ərdoğan qeyd edib.
Seçilən
16
39
oxu.az

10Mənbələr