Şamaxı rayon Şahmat məktəbində Dağlıq Şirvan Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "31Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə həsr olunmuş şahmat idman növü üzrə məktəbli yeniyetmələr arasında rayon turniri keçirildi.
Rekord.az xəbər verir ki, turnirin keçirilməsində məqsəd "31Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nün qeyd olunması, məktəblərdə şahmata olan marağın artırılması olmuşdur.
Keçirilən turnirdə 9 məktəb komandasıtərkibi 5 nəfər olmaqla mübarizə aparırdı.Gərgin idman mübarizəsindən sonra qaliblər müəyyən oldu.Qaliblər Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin müvafiq diplomları ilə təltif olundular.