AZ

Tarazlığı dəyişdirən həmlə: Türkiyəyə gəlirlər

Türkiyənin almağı planlaşdırdığı 40 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsi ilə bağlı yeni mərhələyə gəlinib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Star” yazır.

Müdafiə Naziri Yaşar Gülər son açıqlamasında “Eurofighter”lə bağlı danışıqların müsbət davam etdiyini və Qətərdəki təlimlərdə iştirak edən Böyük Britaniyaya məxsus 2 döyüş təyyarəsinin qarşıdakı günlərdə Ankaraya gələcəyini bildirib.

Türkiyənin “Eurofighter”lə bağlı danışıqlarını yaxından izləyən Qərb mətbuatı da məsələyə geniş yer ayırıb:

“Bu, Türkiyənin hava gücünü şaxələndirmək istiqamətində davam edən səylərində mühüm dönüş nöqtəsi olacaq. Bu, Türkiyənin mövcud döyüş təyyarələri donanmasını kütləvi şəkildə təkmilləşdirməyə çalışdığı daha böyük mənzərənin bir hissəsidir. “Eurofighters”in nəzərdən keçirilməsi Ankaranın geosiyasi və ittifaqla bağlı çağırışlarla məşğul olarkən, öz hava qüvvələri resurslarını diversifikasiya etmək niyyətindən xəbər verə bilər”.

Qeyd edilib ki, alış yekunlaşarsa, bu, Türkiyənin mübahisəli bölgələrdə gücünü göstərmək qabiliyyətini artıracaq, Şərqi Aralıq dənizi və onun hüdudlarından kənarda balansı kəskin şəkildə dəyişdirəcək.

Məlumatda Türkiyənin təsiredici F-16 donanmasına sahib olduğu vurğulanıb:

“Türkiyə inkişaf edən aviasiya sənayesinə malikdir, hazırda müxtəlif tipli PUA-larla bağlı liderdir. Ən məşhurlarından biri “Bayraktar TB2”dir. Xüsusilə Türkiyə KAAN ilə böyük bir sıçrayış etməyə və öz 5-ci nəsil döyüş təyyarəsini inkişaf etdirməyə çalışır”.

Xatırladaq ki, “Eurofighter” Almaniya, İtaliya, İspaniya və Britaniyanın ortaq istehsalı olan döyüş təyyarəsidir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
20
1
teleqraf.com

2Mənbələr