Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Nazirlər Şurasının 7-ci iclasında bir sıra sənədlər qəbul edilib.
APA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” platformasındakı paylaşımında bildirilib.
Məlumata görə, qəbul edilən sənədlər aşağıdakılardır:
- AQEM Üzv Dövlətləri arasında Münasibətləri Rəhbər edən Prinsiplər haqqında Bəyannamənin 25-ci ildönümü ilə bağlı xatirə bəyanatı;
- AQEM Nazirlər Şurasının AQEM Etimad tədbirlərinin həyata keçirilməsi üsulları haqqında Qərarı;
- AQEM Etimad Tədbirləri Kataloqunun düzəliş edilmiş versiyası;
- AQEM-in Üzv Dövlətlərinin Aparıcı Universitetlərinin Tərəfdaşlıq Şəbəkəsinin yaradılması haqqında Memorandum.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta