AZ

Azərbaycanda kənd təsərrüfatı istehsalı artıb

Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1 faiz, o cümlədən, heyvandarlıq məhsulları istehsalı 1,4 faiz, bitkiçilik məhsulları istehsalı 0,6 faiz artıb.

Day.Az xəbər verir ki, bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, dekabr ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla, tarlalardan 3245,9 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 0,7 faiz çox dənli və dənli paxlalı bitkilər, 1831,5 min ton (1,0 faiz çox) tərəvəz, 1309,3 min ton (4,8 faiz çox) meyvə və giləmeyvə, 920,2 min ton (7,6 faiz az) kartof, 490,4 min ton (11,9 faiz çox) bostan məhsulları, 243,0 min ton (7,5 faiz az) pambıq, 213,7 min ton (0,1 faiz çox) şəkər çuğunduru, 202 min ton (9,3 faiz az) üzüm, 31,1 min ton (6,3 faiz çox) günəbaxan, 5,9 min ton (12,8 faiz çox) tütün, 1,1 min ton (4,9 faiz az) yaşıl çay yarpağı yığılıb.

2024-cü ilin yanvar-noyabr aylarında diri çəkidə 543,6 min ton ət, 2080,4 min ton süd, 2097,7 milyon ədəd yumurta, 14,8 min ton yun, 239,4 ton barama istehsal olunub. 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə ət istehsalı 1 faiz, süd istehsalı 0,9 faiz, yumurta istehsalı 4,8 faiz artıb, yun istehsalı 2,1 faiz, barama istehsalı 32,9 faiz azalıb.

Seçilən
8
8
day.az

10Mənbələr