AZ

Zurabişvili sabah Avropa Parlamentində çıxış edəcək

Gürcüstan prezidenti Salome Zurabişvili sabah Avropa Parlamentində (AP) çıxış edəcək.


APA xəbər verir ki, bu barədə Avropa Parlamentinin yaydığı press-relizdə qeyd olunub. Bildirilib ki, prezident dekabrın 18-də Tbilisi vaxtı ilə saat 11:30-da AP-də çıxış edəcək. Onun çıxışında Gürcüstanda hazırkı vəziyyətə, hakim "Gürcü Arzusu" və prezident seçkisi kimi mövzulara toxunacağı gözlənilir.


Qeyd edək ki, daha əvvəl AP Prezidenti Roberta Metzola Zurabişvilinin çıxış üçün dəvət edildiyini bəyan etmişdi.



phrase_var_article.chosen
19
14
qaynarinfo.az

10phrase_var_article.sources