Gürcüstan prezidenti Salome Zurabişvili sabah Avropa Parlamentində (AP) çıxış edəcək.
APA xəbər verir ki, bu barədə Avropa Parlamentinin yaydığı press-relizdə qeyd olunub.
Bildirilib ki, prezident dekabrın 18-də Tbilisi vaxtı ilə saat 11:30-da AP-də çıxış edəcək.
Onun çıxışında Gürcüstanda hazırkı vəziyyətə, hakim "Gürcü Arzusu" və prezident seçkisi kimi mövzulara toxunacağı gözlənilir.
Daha əvvəl AP Prezidenti Roberta Metzola Zurabişvilinin çıxış üçün dəvət edildiyini bəyan etmişdi.