AZ

Azərbaycan informasiya və rabitə sektorundan 3,2 milyard manat gəlir əldə edib

Bakı. Trend:

Azərbaycanda bu ilin yanvar-noyabr aylarında informasiya vərabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindəngöstərilmiş xidmətlərin dəyəri 3 milyard 188,7 milyon manat təşkiledib ki, onun da 71,9 faizi əhali tərəfindən istehlak olunub.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə12,5 faiz çoxdur.

Qeyd olunub ki, xidmətlərdən əldə edilən gəlirin 35,3 faizi vəya 1 milyard 125,9 milyon manatı mobil telefon rabitəsi sahəsindəformalaşıb.

Seçilən
16
1
az.trend.az

2Mənbələr