AZ

Mayotda qasırğa nəticəsində zərərçəkənlərin sayı 1 700-ə çatıb

Mayotda qasırğa nəticəsində zərərçəkənlərin sayı 1 700-ə çatıb.

“Far.Az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın baş naziri Fransua Bayru bildirib.

"Bu gün ölənlərin sayı 20-yə yaxındır, 200 ağır yaralı var. 1 500 yaralının həyati təhlükəsi yoxdur", - hökumət başçısı deyib.

O, bu rəqəmlərin son olmadığını, ölən və yaralananların sayının arta biləcəyini vurğulayıb.

Qeyd edək ki, "Çido" qasırğası dekabrın 14-də tüğyan etməyə başlayıb. Küləyin sürəti saatda 200 kilometri ötüb.

Seçilən
21
14
far.az

10Mənbələr