AZ

19 yaşlı qadın dəm qazından boğularaq öldü

Salyan sakini dəm qazından boğularaq ölüb.


News365.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Xələc kəndində qeydə alınıb.


İlkin məlumata görə, kənd sakini, 2005-ci il təvəllüdlü Bəşirova Aynur Müşfiq qızı hamamda olarkən dəm qazından boğulub.


O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı araşdırma aparılır.

phrase_var_article.chosen
19
25
news365.az

10phrase_var_article.sources