Hər iki komandanın baş məşqçisi oyundan sonra meydandakı mübarizənin xarakterini iqlim amili, qazonun durumu ilə bağladı. Xüsusən də qəbul edən klub qazonu oyuna vaxtında hazırlaya bilmədiyinə görə tənqid olunur.
Bəs “Şamaxı” bu iradı qəbul edirmi? Klubun baş meneceri Kamran İsmayılovun cavabı:
“Meydançanın bu vəziyyətdə olması hər iki komandaya təsir göstərdi. Bununla tam razıyam. Oyuna bir gün qalmış Şamaxıda qara bənzəyən hava yox idi. Gecə yerə bircə qar dənəciyi də düşməmişdi. Səhər oyananda məlum oldu ki, Şamaxıya qar yağıb. Dərhal, təxminən 10-un yarısında meydanı təmizləməyə başladıq. Komandalar məşqə çıxana qədər stadion təmizlənməliydi. Nə çatdırıldısa, təmizləndi. Stadionda kiçik traktor var idi. Onun vasitəsi ilə təmizləməyə başladıq. Qısa proses deyil. Belə vəziyyət hər iki komandanın oyununa mənfi dərəcədə təsir göstərdi”.
ƏSƏD SEYİDOV