Kişi voleybolçular arasında Yüksək Liqada III turun oyunu keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün GİN-nin Voleybol Mərkəzində “Neftçi” və MOİK komandaları üz-üzə gəliblər.
Oyuna üstün başlayan “Neftçi” təşəbbüsü sonadək qoruyub və meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, III turun növbəti oyunları sabah keçiriləcək. FHN-nin idman zalında “Xilasedici” klubu “AZERRAIL”i qəbul edəcək. Kişilərin birinciliyində ilin son oyunu isə Sumqayıt OİK-də “Gənclər” və “Murov Az Terminal” komandaları arasında olacaq.
Yüksək Liqa
III tur
17 dekabr
“Neftçi” - MOİK 3:0 (25:12, 25:19, 25:18)