AZ

Federasiya prezidenti postuna namizəd oldu - Ronaldo

“Real”, “İnter” və “Milan”ın sabiq hücumçusu Ronaldo Braziliya Futbol Federasiyasının prezidentliyinə namizədliyini açıqlayıb.

Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, braziliyalı keçmiş futbolçu, bunun üçün yüzlərlə motivinin olduğunu bildirib:

“Yüzlərlə motivim var, amma ən əsası, dünya səviyyəsində Braziliya futboluna hörməti bərpa etməkdir”.

Ronaldo ikiqat dünya çempionu, ikiqat “qızıl top”un və “qızıl buts”un qalibidir. O, peşəkar karyerasını 2011-ci ildə, Braziliyanın “Korintians” klubunun futbolçusu kimi başa vurub.

Seçilən
11
sportinfo.az

1Mənbələr