Dekabrın 17-də elm və təhsil nazirinin müavini İdris İsayev Hacıqabul rayonunda olub.
Əvvəlcə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Vüqar Dadaşovla birgə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Səfər zamanı İdris İsayev Hacıqabul şəhər 10 və 5 nömrəli tam orta məktəblərə baş çəkib. Sözügedən təhsil müəssisələrində yaradılmış şəraitlə tanış olan nazir müavini müəllim və şagird kollektivi ilə də görüşüb, onların təkliflərini dinləyib və öz tövsiyələrini verib. Nazir müavini Hacıqabul şəhərində yerləşən 2 nömrəli “Gündüz” körpələr evi-uşaq bağçasında da təlim-tərbiyə prosesini izləyib.
Daha sonra İdris İsayev ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.
Görüş Şirvan-Salyan Regional Təhsil İdarəsinin fəaliyyətini əks etdirən təqdimatla başlayıb.
Görüş çərçivəsində Hacıqabul rayonu üzrə ümumi təhsil müəssisələrinin IV-VI siniflərində aparılan monitorinqlər, IX-XI siniflərinin buraxılış imtahanlarının nəticələri, STEAM, "Rəqəmsal bacarıqlar" və "Peşə təmayüllü siniflər" layihələrinin tətbiqi və tədrisi məsələləri müzakirə olunub.
Nazir müavini təhsil müəssisələrinin idarə olunması və təşkili ilə bağlı əsas hədəflər, təhsilin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər barədə ətraflı danışıb, təhsil işçiləri ilə söhbət aparıb və onların təkliflərini dinləyib.
Səfər çərçivəsində nazir müavini vətəndaş qəbulu da keçirib. Qəbul zamanı vətəndaşlar tərəfindən işlə təmin olunma və digər mövzularla bağlı müraciətlər edilib. İdris İsayev hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verib.
phrase_var_article.topics
- phrase_var_article.all_categories
- phrase_var_article.politics
- phrase_var_article.economy
- phrase_var_article.society
- phrase_var_article.culture
- phrase_var_article.war
- phrase_var_article.showbiz
- phrase_var_article.sport
- phrase_var_article.criminal
- phrase_var_article.world
- phrase_var_article.interview
- phrase_var_article.interesting
- phrase_var_article.ict
- phrase_var_article.other
- phrase_var_article.education
- phrase_var_article.auto-moto
- phrase_var_article.turizm
- phrase_var_article.analitika
- + phrase_var_article.more - phrase_var_article.less