FİFA-nın “The Best” mərasimində 2024-cü ilin ən yaxşı məşqçisi elan edilib.
QOL.az xəbər verir ki, bu ada “Real Madrid”ə başçılıq edən italiyalı mütəxəssis Karlo Ançelotti layiq görülüb.
2023/2024 mövsümündə Ançelottinin rəhbərliyi altında "Kral klubu" İspaniya çempionu olub və Çempionlar Liqasının qalibi olub.
Ən yaxşı məşqçi adına səsvermədə Ançelotti bu mütəxəssisləri qabaqlayıb: Lionel Skaloni (Argentina millisi), Luis de la Fuente (İspaniya millisi), Xosep Qvardiola (Mançester Siti), Xabi Alonso (Bayer Leverkuzen).