AZ

Onlarla məktəbdə bomba təhlükəsi XƏBƏRDARLIĞI – Dərslər dayandırıldı

Brüsseldə və Belçikanın mərkəzi Vallon Brabant əyalətində 30-a yaxın məktəb bomba təhlükəsi ilə bağlı xəbərlərə görə bağlanıb.Gununsesi.info xəbər verir ki, bu barədə Valoniya və Brüssel üzrə Təhsil İdarəsinin (WBE) yaydığı məlumatda deyilir.Noyabrın 26-da axşam saatlarında bir neçə təhsil müəssisəsinə bomba hədəsi gəlib.Təhlükəsizlik məqsədilə noyabrın 27-də bu təhsil müəssisələrində dərslərin və tələbə qəbulunun dayandırılması qərara alınıb.WBE-nin mövcud vəziyyətlə əlaqədar səlahiyyətli orqanlarla əlaqə saxladığı bildirilir.Qeyd olunur ki, gün ərzində məktəblərdə vəziyyətin qiymətləndirilməsi aparılacaq.Gununsesi.info

Seçilən
650
gununsesi.info

1Mənbələr