"Beynəlxalq ictimaiyyət Suriyanın yenidən qurulması ilə bağlı məsuliyyəti öz üzərinə götürməlidir. Suriyalı qaçqınların təhlükəsiz, ləyaqətli və könüllü şəkildə geri dönüşü başlayıb və bu geri dönüşlərin davamlı artması Suriyada sistemli həyat şəraitinin yaradılmasından asılıdır".
Newscenter.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriyanın Baş naziri Karl Nehammerlə telefon danışığı zamanı deyib.
Prezident Ərdoğan Suriyanın yenidən qurulmasında və vətəndaş müharibəsi nəticəsində dağılmış infrastrukturun bərpasında beynəlxalq ictimaiyyətin dəstəyinin vacib olduğunu və bunun üçün qayıdış və yenidənqurma baxımından hər kəsin məsuliyyət daşıması lazım olduğunu bildirib:
Prezident Ərdoğan görüşdə Suriyanın xalqın öz ölkələrinin gələcəyinə qərar verəcəyi bir dövrə girdiyini və bu prosesdə Suriyada fəaliyyət göstərən bütün terror təşkilatlarının, o cümlədən PKK və İŞİD-İn təmizlənilməsinin vacib olduğunu bildirib.
Mehman Mehdiyev